Qışa hələ üç ay qalsa da, təcrübəli turistlər qış səyahətlərinə əvvəlcədən hazırlaşmağa başlayırlar. Xüsusilə də məzuniyyətlərini bayram günlərinə planlaşdıranlar bunu daha erkən etməyə üstünlük verirlər.
Qaynarinfo xəbər verir ki, dünyanın ən böyük turizm nəşriyyatlarından biri olan “Lonely Planet”in ekspertləri bu qış Avropada səyahət üçün ən yaxşı məkanların siyahısını açıqlayıb.
“Əlbəttə, qitənin böyük hissəsində hava soyuq ola bilər, lakin Avropada qış səyahətçilərə ideal istirahət üçün saysız-hesabsız imkanlar təqdim edir. Qarlı mənzərələr fonunda Laplandiya üzərində şimal işıqlarını izləməyə gedərək şaxtanı hiss edə bilərsiniz. Yaxud günəş altında isinmək üçün Fuerteventuranın çimərliklərinə üz tutaraq soyuqdan qaça bilərsiniz”, deyə siyahının müəllifləri bildiriblər.
Ekspertlər həmçinin qışın aşağı mövsümündə, yəni yanvar-fevral aylarında səyahətlərə diqqət yetirməyi tövsiyə edirlər. Bu dövr Avropanın ən populyar məkanlarından bəzilərini turist izdihamı olmadan kəşf etmək imkanı yaradır.
Qışda Avropada ziyarət üçün ən yaxşı 13 məkan
1. Kapadokiya, Türkiyə – qarlı mənzərələr və yeraltı şəhərləri araşdırmaq üçün.
2. Fuerteventura, Kanar adaları, İspaniya – qışda çimərlik istirahəti üçün.
3. Eyriri (Snoudoniya), Uels – qış idman növləri üçün.
4. Bilbao, İspaniya – incəsənət və təzə məhsullar üçün.
5. Madeyra, Portuqaliya – isti havada təbiət qoynunda aktiv istirahət üçün.
6. Lazür sahili, Fransa – mövsümlərarası dövrdə dəbdəbəli istirahət üçün.
7. Bavariya Alpları, Almaniya – qarlı, nağılları xatırladan qalaları ziyarət etmək üçün.
8. Santorini, Yunanıstan – turist izdihamı olmadan Yunanıstan adasında istirahət etmək üçün.
9. Alentejo, Portuqaliya – şərab həvəskarları üçün.
10. Lion, Fransa – qastronomiya həvəskarları üçün.
11. Çinkve-Terre, İtaliya – turist izdihamı olmadan unudulmaz İtaliya səyahəti üçün.
12. Budapeşt, Macarıstan – isti bulaqlarda və termal hamamlarda dincəlmək üçün.
13. Laplandiya, Finlandiya – şimal işıqlarını müşahidə etmək üçün.
Aydın
Şərhlər