Xəbər lenti

Komitədə Sahibkarlar Konfederasiyasının üzvləri ilə görüş keçirildi (FOTO)
Foto 18:51 26.11.2025

Komitədə Sahibkarlar Konfederasiyasının üzvləri ilə görüş keçirildi (FOTO)

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük-biznes əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən məmnunluqla bəhs edib, səmərəli, konstruktiv dialoqun münbit biznes mühitinin yaradılması, iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Qeyd olunub ki, hazırda biznes nümayəndələri ilə müxtəlif platformalarda işgüzar münasibətlər qurulub və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində atılan birgə addımlar şəffaflığın, xidmət keyfiyyətinin artırılması, idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsində mühüm rol oynayır.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət-özəl dialoqunun uğurla inkişaf etdiyini vurğulayıb, sahibkarlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə həllində ikitərəfli şuraların, eləcə də Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Əməkdaşlıq Şurasının müsbət rol oynadığını diqqətə çatdırıb.

Görüşdə gömrük dəyərinin müəyyən edilməsi, yerli istehsalı olmayan xammal və yarımfabrikatların gömrük rüsumları, geri qaytarılan mallar üzrə hesablaşmalar, mal nomenklaturası və ekspertiza təcrübəsinin təkmilləşdirilməsi, gömrük rəsmiləşdirilməsi, gömrük ödənişlərində təminat mexanizmi, "Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->