UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk”la (Xorvatiya) qarşılaşan "Zirə” məğlub olaraq mübarizəni dayandırıb.
Qaynarinfo xəbər verir ki, Split şəhərindəki "Polyud” stadionunda keçirilən qarşılaşmada ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Hesabı "Hayduk" açıb. Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində adını tabloya yazdıran İssa Cibrilla hesabı bərabərləşdirib - 1:1.
Görüşün əsas vaxtı bu hesabla başa çatıb və matçda hərəsi 15 dəqiqədən ibarət iki hissə oynanılıb.
"Hayduk"un heyətində 93-cü dəqiqədə Yassin Benrahu komandasının qələbə qolunu vurub.
Xatırladaq ki, Bakıdakı 8-ci kilometr stadionunda keçirilən ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab görüşləri
21 avqust
Hayduk (Xorvatiya) - Zirə (Azərbaycan) 2:1
Qollar: Filip Krovinoviç, 19. Yassin Benrau, 95 - İssa Cibrilla, 90+3.
Qırmızı vərəqə: Quima, 77.
Hayduk: 1. İviça İvanuşiç, 29. Fran Karaçiç, 22. Branimir Mlaçiç, 31. Zvonimir Şarlija, 32. Simun Hrqoviç, 7. Antoni Kalik, 4. Adrion Pajaziti, 23. Filip Krovinoviç, 28. Rako Brajkoviç, 37. Noa Skoko, 10. Marko Lovaya (k).
Baş məşqçi: Qonsalo Qarsiya.
Zirə: 97. Tiaqo Silva, 20. İssa Cibrilla, 4. Ruan Renato, 26. Stefan Aka, 32. Qismət Alıyev (k), 17. Ayron Qomis, 8. İsmayıl İbrahimli, 30. Quima, 11. Martins Junior, 7. Rövlan Muradov, 87. Abdul Batibie.
Baş məşqçi: Rəşad Sadıqov.
Baş hakim: Luka Payretto (İtaliya).
Split, "Polyud” stadionu.
İlk oyun - 1:1
Şərhlər