Xəbər lenti

36 zəli tutdular, 3000 cərimə ödəyəcəklər
Ölkə 16:28 01.08.2025

36 zəli tutdular, 3000 cərimə ödəyəcəklər

Kürdəmir rayonunda 36 ədəd zəlini ovlayanlara hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, həmin şəxslər Kürdəmir rayonu, Prili kəndi ərazisində Çala deyilən ərazidə və Qarasaqqal kəndində saxlanılıblar. 

Saxlanılan rayon sakinləri 1966-cı il S.B., 1981-ci ild E.D., 1984-cü il F.G. barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə ayrı-ayrılıqda baxılıb. 

Məlum olub ki, saxlanılanların hər biri qadağan olunmuş ərazidən 12 ədəd zəli tutublar.  

Məhkəmənin hökmü ilə saxlananların hər biri İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1000 manat cərimə olunublar. Ümumilikdə 36 zəliyə görə 3000 min manat cərimə kəsilib. 

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->