Xəbər lenti

Konfrans Liqası:
İdman 22:54 30.07.2026

Konfrans Liqası: "Neftçi" qələbə qazandı, amma (YENİLƏNİB)

Bu gün Azərbaycan təmsilçisi "Neftçi" Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, Yuri Vernidubun komandası Minsk "Dinamo"su ilə Bolqarıstanda qarşılaşıb. Bolqarıstanın Staro-Zaqora şəhərindəki "Beroe” stadionunda oynanılan görüşdə "Neftçi" 1:0 hesabı ilə qalib gəlib.

Komandalar arasında ilk oyun Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatdığından mərhələni Minsk təmsilçisi adlayıb. "Neftçi" isə mübarizəni dayandırıb.

Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

30 iyul
Dinamo (Minsk, Belarus) - Neftçi (Azərbaycan) 0:1
Qol: Breno Almeyda, 13.
Dinamo: 1. İvan Şimakoviç, 44. Qleb Qurban, 12. Aleksey İvanov, 26. Vlaadislav Kalinin, 25. Abdul Aziz Ture, 8. Aleksandr Selyava (k), 78. Artyom Sokolovski, 42. Favaz Abdullahi, 30. Mustafa Cimet, 7. Yevgeni Malaşeviç, 10. Karen Vardanyan.
Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 3. Maksim Şetsov, 5. Danil Duşkevski, 9. Andrey Lutskoviç, 11. Quljiqit Alikulov, 13. Vlaadislav Poloz, 19. Rayan-Eli Quibero, 23. Aleksey Zençko, 24. Aleksey Vakuliç, 27. Mixail Aleksandrov, 67. Roman Bequnov, 80. Leonard Qvet.
Baş məşqçi: Aleksandr Şaqoyko.
Neftçi: 1. Emil Balayev, 3. Rüfət Abbasov, 17. Murad Xaçayev, 55. Endryu Qravilyon, 77. Mamadu Sako, 8. Emin Mahmudov (k), 18. İfeanyi Metyu, 20. Qustavo Klisman, 11. İmad Faraj, 33. Breno Almeyda, 29. Lyubomir Tupta.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 5. İqor Ribeyro, 6. Sessi D`Alemyda, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 19. Ağadadaş Salyanski, 24. Mustafa Sek, 82. Məhəmməd Məmmədli, 97. Bassala Sambu.
Baş məşqçi: Yuri Vernidub.
Hakimlər: Tim Marşall, Georgios Arqiropulos, Rayan Kelsi, Şeyn MakQoniql (Şimali İrlandiya).
Bolqarıstan. "Beroe" stadionu.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->