İdman 12:30 05.05.2022

Konfrans Liqasında finalçılar bu gün məlum olacaq

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Qaynarinfo xəbər verir ki, turnirin favoritlərindən "Roma" İtaliyada "Lester"i qəbul edəcək. Digər cavab oyununda isə "Feyenoord" Fransada "Marsel"lə qarşılaşacaq. "Marsel" turnirin pley-off mərhələsində "Qarabağ"ı iki oyunun (3:1, 3:0) nəticəsinə görə mübarizədən kənarlaşdırıb.

UEFA Konfrans Liqası, yarımfinal

Cavab oyunları

5 may

23:00. "Roma" (İtaliya) - "Lester" (İngiltərə) (İlk oyun - 1:1)

Hakimlər: Srcan Yovanoviç, Uroş Stojkoviç, Milan Mihayloviç (Serbiya), Orel Grinfild (İsrail), Bastian Dankert, Marco Fritz (Almanya)
Roma, "Olimpiko" stadionu

23:00. "Marsel" (Fransa) - "Feyenoord" (Niderland) (İlk oyun - 2:3)

Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Bekim Zoqay (İsveçrə), Uilyam Kollum (Şotlandiya), Marko Di Bello, Massimilyano Irrati (İtaliya)
Marsel, "Velodrom" stadionu

Konfrans Liqasında final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.
 
Səbuhi Həsənov