Dünya 19:15 05.08.2022

“Kriptovalyuta kralı” Vinnik ABŞ-a aparıldı, onu 50 il həbs gözləyir

ABŞ rəsmiləri tərəfindən sındırılmış kriptovalyuta birjasından oğurluq etməkdə günahlandırılan Aleksandr Vinnik San-Fransiskoya aparılıb.

Qaynarinfo Rusiya mediasına istinadən xəbər verir ki, əvvəlcə o, şəxsi təyyarə ilə Yunanıstandan Bostona aparılıb və ailəsi ilə telefonla əlaqə saxlamağa icazə verilib. Sonra onu xidmət təyyarəsi ilə San Fransiskoya aparıblar.

Bu ərəfədə Fransa ABŞ-ın tələbi ilə öz ərazisində Vinnikə qarşı işi bağlayıb və onu Yunanıstana köçürüb. Öz növbəsində Afina onu ABŞ-a ekstradisiya edib.

Xatırladaq ki, Vinnik 2017-ci ilin yayında ABŞ-ın tələbi ilə Yunanıstanda istirahətdə olarkən saxlanılıb. Vaşinqton onu kriptovalyuta birjası vasitəsilə 4 milyard dolları yumaqda ittiham edib. 2020-ci ildə Vinnik şəxsiyyət oğurluğu və qəsbdə şübhəli bilindiyi Fransaya ekstradisiya edilib.

Alpər