Lənkəranda qonşular arasında dava bir nəfərin xəsarət alması ilə nəticələnib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Türkəkəran kəndində qeydə alınıb. Qonşular arasında yaranan mübahisə zamanı kənd sakini 1974-cü il təvəllüdlü Mələk Nəsirovanın Nərminə Əliyevanın hücumuna məruz qaldığı bildirilir. Baş və üz nahiyəsindən xəsarət alan M.Nəsirova xəstəxanaya çatdırılıb.
N.Əliyeva isə M.Nəsirovanın ona hücum etdiyini iddia edib.
M.Nəsirova fiziki qüsurludur, birinci qrup əlildir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, tərəflərin qarşılıqlı müraciəti əsasında hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Təyin olunmuş müvafiq ekspertizanın və araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.
Şərhlər