Lisenziyası ləğv edilən "General Hospital" nazirliyin qərarına məhəl qoymur: Qanunsuz işləyir (VİDEO)
Saxta sağlamlıq arayışı verdiyi üçün ötən ay lisenziyası ləğv edilən "General Hospital" hələ də fəaliyyət göstərir.
Qaynarinfo Real TV-yə istinadən xəbər verir ki, söhbət Qaraçuxur qəsəbəsi Rafiq Alcanov küçəsində yerləşən tibb mərkəzindən gedir.
Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyəti ləğv edilən tibb müəssisəsi hələ də arayış verməyə davam edir.
Baş həkim Rüstəm Mikayılov sözügedən qərarla razılaşmadıqları üçün aidiyyəti üzrə müraciət etdiklərini və fəaliyyətlərini davam etdirdiklərini bildirib.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, "General Hospital"a verilən lisenziya ləğv edilib. Tibb müəssisəsinin lisenziyasız fəaliyyətini davam etdirməsi ilə bağlı tədbirlərin görülməsi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Xidmətinə həvalə olunub. Məsələ ilə bağlı araşdırmaya başlanılıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər