Xəbər lenti

İlon Mask bir milyard dollarlıq şirkəti gizlicə aldı
Dünya 18:00 16.07.2026

İlon Mask bir milyard dollarlıq şirkəti gizlicə aldı

İlon Mask bu ilin əvvəlində fəaliyyət sahələrini genişləndirərək yeni bir şirkət alıb. Məlum olub ki, o, may ayında ictimaiyyətə açıqlama vermədən mobil qaz və dizel turbinləri istehsal edən "APR Energy” şirkətini satın alıb.

Qaynarinfo xəbər verir ki, alqı-satqı ilə bağlı rəsmi açıqlama verilməsə də, məlumat rəsmi sənədlər əsasında üzə çıxıb. Xəbəri ilk yayımlayan mənbələrdən biri "Electrek” olub. Sövdələşmənin təxminən 1 milyard ABŞ dolları dəyərində olduğu bildirilir.

"APR Energy” qoşqu üzərində daşına bilən mobil qaz və dizel turbinləri istehsal edir. Şirkətin əsas fəaliyyət istiqamətinin İlon Maskın süni intellekt şirkəti "xAI”ın məlumat mərkəzlərini enerji ilə təmin etmək olacağı ehtimal edilir.

Böyük süni intellekt modelləri çox yüksək həcmdə elektrik enerjisi sərf etdiyindən, mobil turbinlər qısa müddətdə enerji təmin edə bilən həllərdən biri hesab olunur.

"APR Energy”nin hazırladığı sistemlər "xAI”ın ABŞ-ın Missisipi ştatının Sautheyven şəhərində yerləşən məlumat mərkəzində istifadə etdiyi mobil turbinlərə bənzəyir. Həmin turbinlər ABŞ-ın Təmiz Hava Qanununu pozduğu iddiası ilə açılan məhkəmə işi səbəbindən gündəmə gəlmişdi.

İddialara görə, məhkəmə iddiasından sonra məlumat mərkəzində mobil turbinlərin sayı daha da artırılıb. Bununla yanaşı, ABŞ Ədliyyə Nazirliyinin ölkə ordusunun "Grok” sistemindən istifadəni davam etdirə bilməsi üçün məhkəmə işinin dayandırılmasını istədiyi bildirilir.

İlon Maskın qaz və dizel enerjisi sahəsinə investisiya yatırması onun illər əvvəl verdiyi açıqlamalarla ziddiyyət təşkil edir. O, təxminən on il əvvəl fosil yanacaqlardan istifadənin davam etdirilməsini "tarixin ən böyük səhvi” adlandırmışdı.

Son məlumatlara görə, İlon Maskın şirkətləri Texas ştatında təbii qaz kəmərinin çəkilməsini də planlaşdırır. Bu isə süni intellekt infrastrukturunun genişləndirilməsi məqsədilə fosil yanacaqlara yatırımların arta biləcəyi ilə bağlı ehtimalları gücləndirir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->