Xəbər lenti

Yarım ildə korrupsiya işləri üzrə 3,8 milyon manatlıq ziyan ödənildi
Ekonomiks 22:04 16.07.2026

Yarım ildə korrupsiya işləri üzrə 3,8 milyon manatlıq ziyan ödənildi

2026-cı ilin birinci yarımilində korrupsiya işləri üzrə 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib, 1,4 milyon manatlıq əmlaka həbs qoyulub.

Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilən 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, hesabat dövründə ibtidai istintaqı başa çatdırılmış və maddi ziyanla əlaqədar olan cinayət işləri üzrə özgə əmlakına vurulmuş 3 milyon 836 min 191 manat ziyanın ödənilməsi təmin olunub.

Həmçinin vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 4 cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 1 milyon 412 min 345 manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Müşavirədə qeyd olunub ki, qarşıdakı dövrdə cinayət işləri üzrə vurulmuş maddi ziyanın tam ödənilməsinin təmin edilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyən olunması və vaxtında üzərinə həbs qoyulması, eləcə də müasir əməliyyat üsulları və rəqəmsal imkanlardan istifadənin genişləndirilməsi əsas prioritetlərdən olacaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->