Dünya 16:06 02.06.2023

Macarıstanın baş naziri: “Ərdoğan qalib gəlməsəydi, faciə olardı...”

Macarıstanın baş naziri Viktor Orban Ərdoğanın seçkidə qələbəsinin hava-su kimi lazım olduğunu bildirib. 

Qaynarinfo "Telex"ə istinadən xəbər verir ki, bu barədə o, cümə günü dövlət radiosuna müsahibəsində deyib.

Ərdoğanın seçkilərdəki son qələbəsi ilə bağlı Orban etiraf edib ki, bu, "böyük bir rahatlamadır”. 

"Mən sadəcə ona azarkeşlik etmirdim, xüsusi olaraq prezident Ərdoğanın qələbəsi üçün dua edirdim, çoxlu dua edirdim. O, qalib gəlməsəydi, faciə olardı. Corc Sorosun "adamının” qələbəsi halında Avropaya miqrasiya axını 2-3 milyon artacaq, üstəlik Rusiya neftinin tranziti çətinləşəcəkdi. Ərdoğanın qələbəsi bizə hava-su kimi lazım idi”, deyə Macarıstanın baş naziri bildirib. 

Nizami Bağırov