İdman 22:25 13.11.2022

Mahir Emreli 13 tur sonra qol vurdu, dubl etdi - 9 qolluq oyun (VİDEO)

Xorvatiyanın "Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli uzun müddət sonra qol vurub.

Qaynarinfo xəbər verir ki, forvard ölkə çempionatının 17-ci turunun "Riyeka”ya qarşı keçirilən matçında dubl edib.

72-ci dəqiqədə meydana çızan Mahir bir neçə saniyə sonra fərqlənib. O, qoldan bir dəqiqə sonra sarı vərəqə alıb. Emreli 85-ci dəqiqədə özünün 2-ci, komandasınşn 7-ci qolunu vurub. Beləliklə, "Dinamo" 7:2 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, Mahir Emreli sonuncu qolunu 3-cü turda "İstra” ilə matçda vurmuşdu. "Dinamo" 16 oyundan sonra turnir cədvəlinin lideridir. Komandanın bir oyunu təxirə salınıb.