Almaniyanın 2-ci Bundesliqasında çıxış edən "Kayzerslautern" klubunun azərbaycanlı hücumçusu Mahir Emreli ciddi zədə alıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, futbolçu "Herta" ilə görüşdə xəsarət alıb və ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qarşılaşmada Mahir 63-cü dəqiqədə – hesab açıldıqdan sonra oyuna daxil olub. Bu, onun avqustun sonunda baş tutan üçüncü turdan sonra "Kayzerslautern"də ilk rəsmi çıxışı idi. Lakin Emreli 77-ci dəqiqədə zədələnərək, cəmi bir dəqiqə sonra – 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib.
Şərhlər