Xəbər lenti

Marko Rubio ilə Hakan Fidan Yaxın Şərq və Ukrayna məsələlərini müzakirə ediblər
Dünya 10:56 11.11.2025

Marko Rubio ilə Hakan Fidan Yaxın Şərq və Ukrayna məsələlərini müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda keçirilən görüşdə Yaxın Şərqdə davamlı sülhün təmin olunması istiqamətində səylərə dəstəklərini bir daha ifadə ediblər.

Qaynarinfo-nun məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata əsasən, görüşdə Qəzza zolağında atəşkəsin bərqərar olması və bölgədə sabitliyin gücləndirilməsi üçün atılacaq növbəti addımlar müzakirə edilib. "Dövlət katibi Rubio və xarici işlər naziri Fidan Yaxın Şərqdə uzunmüddətli sülhə nail olmaq istiqamətində səylərə davamlı dəstək verəcəklərini vurğulayıblar", - açıqlamada qeyd olunur.

Bundan əlavə, tərəflər Ukrayna müharibəsi məsələsinə də toxunublar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->