Xəbər lenti

Dünya 23:31 10.11.2025

"Netflix"in həmtəsisçisi 30 il hər çərşənbə axşamı saat 17.00-da işini bitirib - Səbəbi maraqlıdır

"Netflix"in həmtəsisçisi Mark Rendolf üçün iş və şəxsi həyat arasında tarazlıq sadəcə bir ifadə deyil. O, 30 ildən artıq müddətdə bir qaydaya əməl edib: hər çərşənbə axşamı saat 17:00-da ofisdən çıxaraq axşamı ən yaxın dostu ilə keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Fortune" yazıb.

"Peşə həyatım boyu iş və şəxsi həyat arasında balansı qorumaq üçün çox çalışmışam", deyə Rendolf "LinkedIn"də yazdığı paylaşımında bildirib.

"Yağışlı, ya da günəşli havada – fərqi yox idi, mən saat 17:00-da mütləq çıxırdım. Biz kinoya gedir, bir yerdə şam edirdik və ya sadəcə şəhərdə gəzirdik. Buna heç nə mane ola bilməzdi", deyə o, əlavə edib.

Hətta Rendolf "Netflix" kimi yüz milyardlarla dollarlıq dövriyyəsi olan bir şirkətə rəhbərlik etdiyi dövrdə belə, bu ənənəni pozmayıb. O, xatırlayır: "Heç bir görüş, heç bir zəng, son dəqiqə xahişi ola bilməzdi. Əgər çərşənbə axşamı saat 16:55-də deyəcəyiniz bir şey varsa, onu parkinqə gedərkən deyin. Əgər böhran varsa – onu 17:00-a qədər həll edirik".

Sahibkarın sözlərinə görə, həmin çərşənbə axşamları onu "dəli olmaqdan qoruyurmuş" və işinə yeni baxış bucağından yanaşmağa imkan verirmiş.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->