Xəbər lenti

Mahir qalır, yoxsa gedir? - “Dinamo” rəsmisi aydınlıq gətirdi
İdman 17:41 03.01.2023

Mahir qalır, yoxsa gedir? - “Dinamo” rəsmisi aydınlıq gətirdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya "Dinamo”sundan ayrılmayacaq.

Bu barədə Zaqreb təmsilçisinin idman direktoru Marko Vukeliç Sportlife.az-a açıqlamasında məlumat verib.

Klub rəsmisi 25 yaşlı hücumçu barədə yayılan informasiyaları təkzib edib:

"Yalnış məlumatdır. Mahiri icarəyə verməyi düşünmürük. Onun satılması da hazırda müzakirə mövzusu deyil. O, müqavilə ilə "Dinamo”ya məxsusdur və burda qalacaq”.

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralından "Dinamo”da çıxış edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->