Xəbər lenti

İdman 10:25 29.08.2023

"Mançester Siti" istədi satmadılar, məşqlərə çıxmadı cərimələndi

İngiltərə Premyer Liqa komandalarından olan "Vulverhempton" "Mançester Siti"yə transferi baş tutmayan Mateus Nunesi cərimələyib.

Qaynarinfo-nun məlumatına görə, Premyer Liqada transfer pəncərəsinin bağlanmasına az qalmış yarımmüdafiəçini heyətinə qatmaq istəyən "Mançester Siti" "Canavarlar"a 47 milyon avro təklif edib. 

Ancaq "Vulverhempton" bu təklifi çox aşağı olduğu üçün rədd edib. BBC-də yer alan xəbərdə "Mançester Siti"yə transferinə icazə verilməyən Nunesin bazar və bazar ertəsi məşqlərə getmədiyi və bu səbəbdən klub tərəfindən cərimələnəcəyi bildirilib.

Bu yay 38 milyon funt-sterlinqə "Sportinq"dən transfer olunan portuqaliyalı oyunçu üçün "Vulverhempton" 60 milyon funt-sterlinq tələb edir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->