Dünya 10:36 06.05.2022

Mariupolda nələr baş verir: işğalçı qoşunların əsas hissəsi geri çəkilib - Pentaqon

Rusiya əsas qüvvələrini Mariupoldan çıxarıb.

Qaynarinfo "Ukrinform”a istinadla xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi brifinqdə bildirib.

"Ümumiyyətlə, hesablamalarımıza görə, Mariupola göndərilən Rusiya quru qoşunlarının əksəriyyəti geri çəkilərək şimala doğru hərəkət edib”, - Kirbi bildirib.

İndi şəhərdə və onun ətrafında cəmlənmiş "az sayda” rus qoşunu var ki, bu da təxminən bir neçə batalyon taktiki qrupuna bərabərdir”.

Bununla belə, ruslar Mariupola hücumu davam etdirir, şəhərin özünə və ətrafına, həmçinin "Azovstal” zavoduna artilleriya və hava zərbələri endirirlər.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, mayın 4-də Azov alayının komandiri, polkovnik-leytenant Denis Prokopenko bildirib ki, "Azovstal”da vəziyyət son dərəcə ağırdır, lakin Mariupolun müdafiəçiləri müdafiə xəttini saxlamaqda davam edirlər.

Onun sözlərinə görə, artıq ikinci gündür ki, düşmən zavodun ərazisinə soxulur, nəticədə ağır qanlı döyüşlər gedir.

Mayın 5-də "Azov”dan qeyd edilib ki, "Azovstal” ərazisində rus işğalçıları ilə qanlı döyüşlər üçüncü gündür davam edir, Rusiya dinc əhalinin təxliyəsi ilə bağlı vədi yenidən pozur.
 
Alpər