XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu ölkə avtobusda yüksək səslə musiqiyə qulaq asanları və yemək yeyənləri cərimələyəcək
Dünya20:11 22.09.2026

Bu ölkə avtobusda yüksək səslə musiqiyə qulaq asanları və yemək yeyənləri cərimələyəcək

Sinqapur hakimiyyəti avtobuslarda ictimai asayiş qaydalarını pozan sərnişinlərə təxminən 400 dollar məbləğində cərimə tətbiq edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Sinqapur Yerüstü Nəqliyyat İdarəsinin yaydığı məlumatda bildirilir.

Yeni qaydalar bu gündən qüvvəyə minib.

Məlumatda deyilir: "Avtobuslarda ictimai asayişi pozan hərəkətlər hüquqpozma kimi qiymətləndiriləcək. Maksimum cərimə məbləği 500 Sinqapur dolları, yəni təxminən 392 ABŞ dolları təşkil edəcək".

Avtobuslarda yüksək səslə musiqi dinləmək, yemək yemək, zibil atmaq və ayaqları oturacaqların üzərinə qoymaq qadağan ediləcək. Bu cür hərəkətlərə görə sərnişinlər cərimələnə bilərlər.

Daha ciddi pozuntular, məsələn, sərnişinlərin həyatı üçün təhlükə yaratmaq və ya nəqliyyat vasitələrini çirkləndirmək halında isə 5 min Sinqapur dolları, yəni təxminən 3,9 min ABŞ dolları məbləğində cərimə nəzərdə tutulur.

Bundan əvvəl Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün pul ödəmək qərarına gəlmişdi. Şəhər-dövlətdə insanları fasiləsiz sosial media lentlərini izləməkdən uzaqlaşdırmaq və ölkədə mütaliə mədəniyyətini gücləndirmək məqsədilə beşillik milli proqram başladılıb.

Milli Kitabxana Şurasının həyata keçirdiyi "ReadSG" kampaniyasının iştirakçılarına proqramın internet saytına və ya mobil tətbiqinə daxil olaraq gündə ən azı 15 dəqiqə kitab oxumaq təklif olunur.

Aydın