XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Masazırda KÜTLƏVİ DAVA - Saxlanılan var (VİDEO)
Ölkə22:54 16.08.2026

Masazırda KÜTLƏVİ DAVA - Saxlanılan var (VİDEO)

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən şərab evlərindən birində spirtli içki aldıqdan sonra pulunu ödəməkdən imtina edən şəxslə obyektin əməkdaşları arasında mübahisə yaranıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərli Qaynarinfo-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 26 yaşlı E.Rzayev saxlanılıb.

Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.