XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Neftçi" yeni mövsümə qələbə ilə start verdi (VİDEO)
İdman21:20 16.08.2026

"Neftçi" yeni mövsümə qələbə ilə start verdi (VİDEO)

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.


Qaynarinfo xəbər verir ki, "Neftçi" "SOCAR Polymer Arena"da "Sumqayıt"ın qonağı olub. Görüş "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.


"Neftçi"nin heyətində qolları Breno Almeyda (2) və Lyubomir Tupta vurublar. Ev sahibi komandadan isə Nadir Orucov fərqlənib.

74-cü dəqiqədə "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə qırmızı vərəqə ilə meydandan qovulub.


Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qəbələ"ni, 1:0, "Sabah" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib, "Araz-Naxçıvan" - "İmişli" matçında isə qalib müəyyənləşməyib - 0:0.