XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Müdafiə Nazirliyi Abbasəli Novruzovun vəfatı ilə bağlı başsalığı verdi
Ölkə14:11 16.08.2026

Müdafiə Nazirliyi Abbasəli Novruzovun vəfatı ilə bağlı başsalığı verdi

Azərbaycan Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı başsalığı verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş istefada olan general-mayor Novruzov Abbasəli Ramazan oğlunun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir", - başsağlığında deyilir.

Qeyd edək ki, Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov bu gün vəfat edib.