Dünya 14:54 28.06.2022

Medvedev: NATO-nun Krıma istənilən müdaxiləsi III Dünya Müharibəsi deməkdir

NATO üzvü olan dövlətin Krım yarımadasına hər hansı müdaxiləsi Rusiyaya müharibə elanına bərabər ola bilər ki, bu da "Üçüncü Dünya Müharibəsi”nə gətirib çıxara bilər.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev deyib.

"Bizim üçün Krım Rusiyanın bir hissəsidir. Bu, həmişəlik belədir. Krıma təcavüz etmək cəhdi ölkəmizə qarşı müharibə elanıdır", - Medvedev "Arqumentı i faktı" xəbər saytına deyib.

"Əgər bunu NATO üzvü olan dövlət edirsə, bu, bütün Şimali Atlantika alyansı ilə münaqişə deməkdir; Üçüncü Dünya Müharibəsi. Tam bir fəlakət".

Hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Medvedev bildirib ki, Finlandiya və İsveç NATO-ya daxil olarsa, Rusiya öz sərhədlərini möhkəmləndirəcək və "cavab addımlarına hazır olacaq”. Bu, "İskəndər” hipersəs raketlərinin o ölkələrlə sərhəddə quraşdırılması perspektivini əhatə edə bilər.

Nurlan Hüseynov