Dünya 15:00 30.04.2023

Merkel: "Müharibəyə baxmayaraq, Rusiya ilə bağlı siyasətim düzgün idi"

Almaniyanın keçmiş kansleri Angela Merkel hesab edir ki, Ukraynadakı müharibəyə baxmayaraq, onun Rusiyaya qarşı siyasəti düzgün olub.
 
Qaynarinfo xəbər verir ki, siyasətçi bu barədə Almaniyanın ZEIT nəşrinə müsahibəsində danışıb.

Belə ki, Merkel Minsk prosesi çərçivəsində Donbasdakı münaqişənin həlli istiqamətində səylərini düzgün adlandırıb: "Mən bu diplomatik cəhdləri təqdir edirəm". 

Merkel əmin edir ki, indi o da Ukrayna üçün çox narahatdır: "Mən bütün imkanlarımla bu vəziyyətin qarşısını almağa çalışdım. Bunun nəticə verməməsi bu cəhdin yanlış olduğuna sübut deyil".

Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsini diplomatik yolla həll etməli olan Minsk prosesi adlanan prosesin əsas iştirakçılardan biri Almaniya idi. Merkel həm də Minsk prosesinin istiqamətini müəyyən edən Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərindən ibarət olan Normandiya Formatının uzunmüddətli üzvü olub.

Eyni zamanda, Merkel 2014-cü ildən sonra Rusiya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin, o cümlədən "Şimal axını 2”nin tikintisinin əsas tərəfdarı olub. Daha sonra alman mətbuatı bu qərarı Almaniyanın son illərdəki əsas biabırçılığı adlandırıb.

Həmçinin, 2008-ci il sammitində Ukraynaya NATO-ya daxil olmaq üçün konkret fəaliyyət planı təqdim etməyin əsas müxalifəti də məhz Merkel olub. Bir çox ekspertlər və siyasətçilər hesab edir ki, məhz buna görə Rusiya sonda Ukraynaya hücum etmək qərarına gəlib.

Aydın