Mərkəzi Bank yeni inzibati binanın xərcini bir ilə çıxarıb.
Valyuta.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, ölkənin baş bankı valyuta aktivlərinin idarə edilməsindən bu il rekord məbləğdə - 491.6 milyon ABŞ dolları gəlir əldə edib. İnvestisiya portfelinin gəlirliliyi isə 4.5% təşkil edib. Bu isə yerli valyuta ilə 835,7 milyon manat deməkdir.
Açıqlanan məlumatlara görə, Mərkəzi Bankın yeni binasına çəkiləcək ümumi xərc isə 631,2 milyon manatdır.
Belə ki, bu ilin avqust ayında təhvil veriləcəyi bildirilən yeni inzibati binaya indiyədək 477,3 milyon manat vəsait sərf olunub. Binanın tam təhvil verilməsi üçün gələcəkdə 153,9 milyon manat əlavə vəsaitin xərclənməsi planlaşdırılır.
Yəni, AMB-nin bir illik investisiya gəliri yeni inzibati binanın xərclərini 204 milyon manatdan çox üstələyib.
Şərhlər