Almaniyanın təbii kosmetika və tibbi vasitələri ilə tanınan "Weleda" şirkəti tarixi qalmaqalın mərkəzinə düşüb.
Qaynarinfo xəbər verir ki, "Spiegel"in məlumatına görə, firma nasist Almaniyası illərində SS ilə sıx təmasda olub və hətta məhsullarını Daxau konslagerinə göndərib.
Nəşrin istinad etdiyi hələ dərc olunmamış tarixçi Anna Sudrounun tədqiqatında bildirilir ki, "Weleda" məhbusların işlədiyi Daxaudakı SS təsərrüfatından dərman bitkiləri alıb. Əvəzində şirkət şaxtaya davamlı krem qarışığı təqdim edib.
Araşdırmaya əsasən, həmin krem SS həkimi Ziqmund Raşer tərəfindən insanlar üzərində aparılan təcrübələrdə istifadə olunub. Bu sınaqlar dustaqların əzablı şəkildə həlak olması ilə nəticələnib.
Şirkətin özü isə bəyan edib ki, millətçi-sosialistlərin cinayətlərini qətiyyətlə pisləyir və bir neçə ildir tarixçilərə arxivlərə tam çıxış imkanı yaradır. "Weleda" Sudrounun yaxın günlərdə satışa çıxacaq kitabından sonra öz tarixini tam və şəffaf şəkildə araşdıracağını vəd edib.
Aydın
Şərhlər