Xəbər lenti

Məşhur argentinalı Braziliya çempionatında
İdman 14:40 15.04.2023

Məşhur argentinalı Braziliya çempionatında

Braziliya klubu "Flamenqo"nun yeni baş məşqçisi müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, klub Xorxe Sampaoli ilə anlaşıb. Braziliya komandası ilə 2024-cü ilin dekabrına qədər müqavilə imzalayan mütəxəssisin gələn həftədən işinə başlayacağı açıqlanıb.

Argentinalı çalışdırıcı bir müddət əvvəl "Sevilya" ilə yollarını ayırıb. Əvvəllər də Braziliya liqasında çalışmış 63 yaşlı məşqçi 2019-cu ildə "Santos”la ikinci, 2020-ci ildə "Atletiko Mineyro” ilə üçüncü yeri tutub.

"Flamenqo" bir neçə gün öncə Vitor Pereyra ilə yolları ayırmışdı. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->