İdman 18:20 02.09.2022

Məsiyev "Benfika"nın oyununa təyinat aldı

FİFA referisi Elçin Məsiyev yeni təyinat alıb.
 
AFFA-nın rəsmi saytından Qaynarinfo-ya verilən məlumata görə Məsiyev UEFA Gənclər Liqasının H qrupunda "Benfika” (Portuqaliya) – "Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasının Ricardo Jorge Antunes Baixinho (Portuqaliya) yerinə yetirəcək.
 
Qarşılaşma sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində keçiriləcək.
 
Səbuhi Həsənov