Argentina millisinin hücumçusu Lionel Messi Analar Gününü qeyd etmək üçün milli komandadan ayrılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "La Gaceta” məlumat
yayıb.
Oktyabrın 15-də Messi milli komandanın məşqində iştirak edib, sonra ailəsi ilə birlikdə Analar Gününü qeyd etmək üçün şəxsi təyyarəsi ilə doğulduğu Rosario şəhərinə gedib. Argentinada bu bayram oktyabrın 15-də qeyd olunur.
Messi daha sonra milliyə qayıdacaq. O, Peru millisi ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsində iştirak edə biləcək. Oyun oktyabrın 18-də baş tutacaq.
Aydın
Şərhlər