Xəbər lenti

Messi rəqiblərini neçə xal üstələyib?
İdman 15:15 04.11.2023

Messi rəqiblərini neçə xal üstələyib?

Məşhur "France Football" nəşri "Qızıl top" mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, hər il "Qızıl top" mükafatının qaliblərini açıqlayan Fransa nəşri Lionel Messinin nə qədər fərqlə üstün olduğunu bildirib. Belə ki, nəşr mükafatı qazanan ABŞ təmsilçisi "İnter Mayami"nin hücumçusu Lionel Messinin 462 xal topladığını açıqlayıb.
 
Məlumata görə, argentinalı dünya çempionu İngiltərə "Mançester Siti"sinin üzvü norveçli hücumçu Erlinq Halandı 105 xal qabaqlayıb. Üçüncü yeri Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe tutub. Hücumçu 270 xal toplayıb.

Messi karyerası ərzində 8-ci dəfə "Qızıl top" mükafatını qazanıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->