İdman 15:02 02.03.2023

Messidən komanda yoldaşlarına "qızıl jest" (FOTO)

Argentinanın dünya çempionluğundan sonra kapitan Lionel Messi komanda yoldaşlarına "24 karatlıq" jest edib.

Qaynarinfo-nun məlumatına görə, superulduz millidəki dostları və işçiləri üçün 24 karatlıq qızılla örtülmüş 35 iPhone alıb. O, bu hədiyyələrə 175 min funt-sterlinq ödəyib. Hər telefonda oyunçunun adı, nömrəsi və Argentina loqosu yer alıb.

"iDesign Gold" şirkətinin baş direktoru Ben Lyons açıqlamasında "Lionel təkcə dünyanın ən yaxşısı deyil, "iDesign Gold"un ən sadiq müştərilərindən biridir və dünya çempionatının finalından bir neçə ay sonra bizimlə əlaqə saxladı. O, şanlı qələbəni qeyd etmək üçün bütün oyunçular və heyət üçün xüsusi hədiyyə istədiyini, lakin adi hədiyyə olmamasını söylədi. Ona görə də üzərində futbolçuların adları olan qızıl iPhone təklif etdim və o, bu ideyanı bəyəndi” deyib.

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinə başçılıq edən 35 yaşlı Lionel Messi çempionluğa yüksəldiyi turnirin ən yaxşı oyunçusu seçilib.
 


Səbuhi Həsənov