İdman 17:00 23.11.2023

Messinin "Barselona" ilə vida matçının tarixi məlum oldu

2024-cü ildə "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi "Barselona" ilə vida matçını keçirəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "FootballTransfers” məlumat yayıb.

"Barselona" rəsmilərinin 2024-cü il noyabrın 29-da Messinin şərəfinə klubun 125 illik yubileyini qeyd edəcək matç keçirməyi planlaşdırdığı bildirilir. Argentinalı Kataloniya klubunun əfsanələrindən ibarət komandada çıxış edəcək, rəqibləri isə dünya futbolunun əfsanələrindən təşkil olunmuş komanda olacaq.

Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. Hər iki tərəfin istəyinə baxmayaraq, İspaniya çempionatının rəhbərliyi tərəfindən qoyulan maliyyə məhdudiyyətləri səbəbindən yeni müqavilə bağlanmayıb və argentinalı azad agent kimi PSJ-yə üz tutub. Messi İspaniya klubunun heyətində 10 dəfə çempionluq, 7 dəfə ölkə kuboku və 4 dəfə Çempionlar Liqasının qalibi olub. O, iki il PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında "İnter Mayami"yə keçib.

Aydın