Xəbər lenti

İdman 15:57 09.04.2024

Milli komandamız üçüncü oyununda da uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, yığma Latviyada meydan sahibləri ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-19 daha öncə Monteneqroya 0:4, Bolqarıstana isə 0:1 hesabı ilə uduzub.

Xal durumu: Bolqarıstan – 9, Latviya – 6, Monteneqro – 3, Azərbaycan - 0.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?