Xəbər lenti

Millimizin oyunlarının məkanı və zamanı dəqiqləşdi
İdman 16:40 20.02.2024

Millimizin oyunlarının məkanı və zamanı dəqiqləşdi

FIFA tərəfindən ilk dəfə mart ayında Bakıda təşkil olunacaq "FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunların məkanı və başlama saatı müəyyənləşib. 

Qaynarinfo-nun məlumatına görə, oyunlar "Dalğa Arena" və Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Millimiz Monqolustan və Bolqarıstanla məhz "Tofiq Bəhramov"da qarşılaşacaq.

Təqvim aşağıdakı kimidir.

22 mart
 
17.00. Bolqarıstan – Tanzaniya
Dalğa Arena.
 
20.00. Azərbaycan – Monqolustan
Tofiq Bəhramov adına Respublika stadionu.
 
25 mart
 
17.00. Tanzaniya – Monqolustan
Dalğa Arena. Saat 17:00
 
20.00. Azərbaycan – Bolqarıstan
Tofiq Bəhramov adına Respublika stadionu
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->