Xəbər lenti

Dünya 13:30 29.10.2023

Müxalifət Netanyahunun üzr istəməsini tələb edir

İsrail parlament müxalifətinin lideri, Yeş Atid Partiyasının rəhbəri Yair Lapid baş nazir Benyamin Netanyahunun HƏMAS yaraqlılarının hücumunda ordu və təhlükəsizlik xidmətlərini ittiham edərək "qırmızı xətti keçdiyini" bildirib. 

Qaynarinfo xəbər verir ki, partiya lideri baş nazirin üzr istəməsini tələb edib.

"Bu gecə Netanyahu qırmızı xətti keçdi. İDF döyüşçüləri və komandirləri HƏMAS və "Hizbullah"a qarşı cəsarətlə döyüşərkən, baş nazir onları dəstəkləmək əvəzinə, günahlandırmağa çalışır", deyə Yair Lapid bildirib.

Onun sözlərinə görə, məsuliyyətdən yayınmaq və günahı təhlükəsizlik qüvvələrinin üzərinə atmaq cəhdləri İsrailin düşmənləri ilə döyüşən ordusunu zəiflədir: "Netanyahu sözlərinə görə üzr istəməlidir".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->