Xəbər lenti

Natiq Qasımovun qardaşı: Anam ağrılardan canını qurtardı
Ölkə 09:17 28.07.2025

Natiq Qasımovun qardaşı: Anam ağrılardan canını qurtardı

Son zamanlar anamın səhhətində narahatlıq var idi.

Qaynarinfo xəbər verir ki, bunu APA-ya açıqlamasında Dursun Qasımovanın oğlu, Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov bildirib.

O qeyd edib ki, anası çox əziyyət çəkirdi:

"Bu gün saat 18 radələrində anam rəhmətə getdi. Son vaxtlar ayaqları tutulmuşdu, hər gün vəziyyəti daha da ağırlaşırdı. Ayaqlarına qan getmirdi, yataqda yatırdı. Çox əziyyət çəkirdi, dedilər ayaqlarının ikisi də kəsilməlidir. Sonra həkimlər amputasiyanı da məsləhət görmədi. Bildirdilər ki, yaşı çoxdur, ağrılara dözə bilməz. Ağrılardan canını qurtardı, o qədər zülm çəkdi, danışılacaq bir vəziyyət deyil".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->