Xəbər lenti

NATO Vilnüsü qalaya çevirdi:
Dünya 18:48 09.07.2023

NATO Vilnüsü qalaya çevirdi: "Patriot"la Rusiya və Belarusa tuşlanıb

NATO sammiti zamanı təhlükəsizliyi təmin etmək üçün digər Alyans dövlətlərindən minə yaxın hərbi qulluqçu Vilnüsə göndərilib. Qabaqcıl zenit sistemləri də Litvaya çatdırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

"NATO, Litvanın Rusiyanın müttəfiqi Belarusla tikanlı məftillərlə hasarlanmış sərhədindən cəmi 32 kilometr aralıda görüşəcək ABŞ prezidenti Co Bayden və Alyans ölkələrinin digər liderlərinin təhlükəsizliyini təmin etmək üçün Vilnüsü qabaqcıl silahlarla qorunan qalaya çevirdi", deyə qeyd edilir.

NATO-nun 16 müttəfiqi gələn çərşənbə axşamı və çərşənbə günü - iyulun 11-12-də baş tutacaq sammitin mühafizəsi üçün ümumilikdə minə yaxın hərbçi göndərib. Bir çox ölkələr Baltikyanı dövlətləri çatışmayan qabaqcıl hava hücumundan müdafiə sistemlərini də təmin ediblər.

Litva prezidenti Gitanas Nauseda "Bayden və digər 40 ölkənin liderləri gələndə səmamızı müdafiəsiz qoymaq məsuliyyətsizlikdən daha çox məsuliyyətsizlik olardı", deyib.

Almaniyanın ballistik və qanadlı raketləri və ya döyüş təyyarələrini tutmaq üçün istifadə edilən 12 "Patriot" buraxılış qurğusunu Litvaya yerləşdirdiyi bildirilir.

İspaniya NASAMS hava hücumundan müdafiə sistemini gətirib, Fransa "Sezar" özüyeriyən haubitsaları göndərib, Fransa, Finlandiya və Danimarka Litvada döyüş təyyarələri yerləşdirib, Böyük Britaniya və Fransa PUA əleyhinə aktivlər verib.

Vilnüs hava limanında Rusiyanın Kalininqradın şəhərinə istiqamətlənmiş 8 Alman "Patriot" qurğusu görünüb. Daha iki qurğu Belarusa tuşlanıb. Bütün buraxılış qurğuları iyulun 7-də səhər saatlarında işə salınıb.

Bundan əlavə, Litva Belarus və Rusiyanın sərhədlərində sərhədçilərin sayını 3 dəfə artırıb, Latviya və Polşadan olan həmkarları da onlara qoşulub.

"Biz müxtəlif təxribatlara hazırıq", deyə Litvanın sərhəd xidmətinin rəhbəri Rustamas Lyubaevas bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->