Xəbər lenti

Nazir:
Video 20:49 27.05.2024

Nazir: "Məktəblərdə yoxlamalar davamlı aparılacaq" (VİDEO)

"Məktəblərdə yoxlamalar davamlı aparılacaq. Məqsəd məktəblərə nizam-intizamın qaytarılmasıdır".


Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.


Nazir sözügedən yoxlamaların iki istiqamətdə aparıldığını qeyd edib. 


O əlavə edib ki, məktəblərdə yaşıl dünya və ətraf mühitlə bağlı dərslər keçiriləcək. Hazırda bununla bağlı işlər aparılır.


Nazir həmçinin hazırda İngiltərənin tanınmış şirkətləri ilə təhsilin rəqəmsallaşması istiqamətində müzkirələr aparıldığını bildirib. O, İngiltərədə dövlət proqramı ilə təhsil alan azərbaycanlı tələbələrə yaxın zamanda fəaliyyətə başlayacaq Qarabağ Universitetində çalışmağı təklif etdiyini qeyd edib.


Xezerxeber.a mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->