Xəbər lenti

Nazir müavini sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə istefa verdi
Dünya 15:24 14.08.2023

Nazir müavini sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə istefa verdi

Litvada xarici işlər nazirinin müavini Mantas Adomenas sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanıldıqdan sonra istefa verdiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə LRT məlumat yayıb.

Şənbə günü səhər kiçik Alanta şəhərində polis reydi zamanı nazir müavini saxlanılıb.

Rəsmi şəxs özü iddia edir ki, onun qanında 0,62 promilli spirt aşkarlanıb.

Sərxoş halda avtomobil idarə etdiyinə görə Adomenas 800 avrodan 1100 avroya qədər cərimə ilə üzləşə bilər.

Hadisədən sonra o, "Facebook”da etdiyi hərəkətə görə peşman olduğunu deyib və bağışlanmasını istəyib.

Adomenas istefa vermək istədiyini açıqlayıb.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və baş nazir İnqrida Şimonite onun qərarını bəyəndiklərini bildiriblər.

Xatırladaq ki, iyunun 1-dən Litvada spirtli içkilərin avtomobilin salonunda açıq qablarda içilməsi, saxlanması və daşınmasına görə cərimələr qüvvəyə minib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->