Xəbər lenti

Nazirdən yeni təyinat
Ekonomiks 16:38 26.12.2025

Nazirdən yeni təyinat

Maliyyə Nazirliyinin yeni yaradılan Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin olunub. 

Qaynarinfo-nun məlumatına görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Mülkədarov Nurlan Qələndar oğlu Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin gətirilib.
 
Qeyd edək ki, bu ilin may ayında Maliyyə Nazirliyinin yerli bölmələrinin fəaliyyətini təkmilləşdirmək, onlara münasibətdə optimal idarəetmə formasını tətbiq etmək məqsədilə rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilərək onların bazasında ölkənin iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq regional maliyyə idarələri yaradılıb, onların strukturu təsdiq olunub. Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.

Aydın
--> -->