Xəbər lenti

Nazirin keçmiş müavininə yeni vəzifə verildi (FOTO)
Foto 15:31 16.07.2026

Nazirin keçmiş müavininə yeni vəzifə verildi (FOTO)

Bu gün Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, toplantıda qəbul olunan qərara əsasən, Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Mariana Vasileva 2021-ci ildən 2025-ci ilə qədər gənclər və idman naziri Fərid Qayıbovun müavini vəzifəsində çalışıb. O, ötən il bu vəzifədən kənarlaşdırılıb. 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->