XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək (XƏBƏRDARLIQ)
Ölkə15:15 15.09.2026

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək (XƏBƏRDARLIQ)

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.