Xəbər lenti

Nazirlik 8 minlik jalüz və masa alır - Qalib şirkətlə bağlı müəmma
Ekonomiks 18:07 05.07.2023

Nazirlik 8 minlik jalüz və masa alır - Qalib şirkətlə bağlı müəmma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi invertarların satın alınması ilə bağlı kotirovka soruğusuna yekun vurub. 

Qaynarinfo xəbər verir ki, sorğunun qalibi "M-Kontakt” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 8.020,58 AZN-dir. Sorğunun şərtlərindən məlum olur ki, nazirlik bu məbləğə jalüz pərdə və iclas masası almağı planlaşdırır. 

"M-Kontakt” MMC adında fərqli VÖEN-lərlə iki şirkət vergi umotuna alınıb. Bunlardan biri 16 oktyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 12 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 26, mənzil 124-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Müşfiq Mikayıl oğludur. 

Digər şirkət isə 24 aprel 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 50C-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bayraməliyev Mübariz Qəşəm oğludur. 

Açıq mənbələrdə bu şirkətlər və onların qanuni təmsilçiləri barəsində heç bir məlumat yoxdur. Ümumiyyətlə, bu şirkətlərin bir-birilə bağlı olub-olmadığı bəlli deyil.

2019-cu ildə mediada "M-Kontakt” MMC-nin 5000 manat cərimələndiyi barədə məlumat dərc edilib. Həmin məlumatda deyilir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1. (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.

Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qərarından "M-Kontakt” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır. Apellyasiya Məhkəməsinin nəticəsi barədə heç bir məlumat yoxdur. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->