"Neftçi" ukraynalı hücumçu Filipp Budkovskini transfer etmək istəyir.
Qaynarinfo bu barədə Sportarena.ua-ya istinadən xəbər verir.
Məlumata görə, "Neftçi" "Zorya"nın təcrübəli hücumçusu ilə müqavilə bağlamaq üçün danışıqlara başlayıb. Mənbələrin verdiyi məlumata görə, 34 yaşlı futbolçu Bakı klubunun diqqət mərkəzindədir və tərəflər artıq onun transferi ilə bağlı danışıqlar aparırlar. Paytaxt təmsilçisi ilə yeni müqavilə imzalayan baş məşqçi Yuri Vernidub həmyerlisini sərəncamında görmək istəyir. Vernidub hələ ilin əvvəlində ölkəsinin mətbuatına açıqlamasında Budkovskini çox bəyəndiyini demişdi.
Filipp Budkovski karyerası ərzində Ukraynanın "Şaxtyor" (Donetsk), "İlliçivets", "Sevastopol", "Zorya", "Desna", "Polissya", Rusiyanın "Anji", Belçikanın "Kortrijk", və Frabnsanın "Soşo" klublarında çıxış edib. O, ötən mövsüm "Zorya"nın heyətində 29 oyunda meydana çıxaraq 13 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" ukraynalı forvarda 2.5 milyon avro qoymət qoyub.
Budkovski Ukraynanın bütün aşağı yaş qrupları üzrə komandalarında çıxış edib, 2014-2016-cı illərdə A millidə 6 oyun keçirib.
Aydın
Şərhlər