Xəbər lenti

Niderland siyasi tarixində ilk: Bir nazir analıq məzuniyyətinə çıxır
Dünya 18:21 14.08.2023

Niderland siyasi tarixində ilk: Bir nazir analıq məzuniyyətinə çıxır

Niderlandın xarici ticarət və inkişaf üzrə əməkdaşlıq naziri Lişe Şraynmaxer analıq məzuniyyətinə çıxır. Bu, Niderlandın siyasi tarixində ilk belə hal olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Telegraaf” qəzeti yazır.

Xəbər verilir ki, 40 yaşlı Lişe Şraynmaxer noyabrda Niderlandda keçiriləcək parlament seçkilərindən sonra analıq məzuniyyətinə çıxmağı planlaşdırır. Həmin vaxta qədər nazir öz rəsmi vəzifələrini icra etməyə davam edəcək.

Onun nazir kimi yenidən işə qayıdıb-qayıtmayacağı ölkədə yeni hökumətin formalaşdırılması prosesinin nə qədər vaxt aparacağından asılı olacaq. Bu barədə Lişe Şraynmaxer özü bildirib.

Niderland hökuməti iyulun 7-də ölkədəki miqrant böhranı probleminin həllinə dair yekun iclasdan sonra dağılıb. Koalisiya hökumətini təşkil edən partiyalar sığınacaq axtaranların axınının qarşısını almaq üçün tədbirlər haqqında konsensusa gələ bilməyiblər. Danışıqların nəticəsiz qalmasından sonra ölkənin baş naziri Mark Rutte Niderland kralına hökumətinin istefası üçün ərizə verib. Niderlandda erkən parlament seçkiləri 2023-cü il noyabrın 22-nə təyin edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->