XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nikol Kidman Tom Kruzla evlənəndə nədən imtina etdiyini açıqladı
Maqazin15:45 14.08.2026

Nikol Kidman Tom Kruzla evlənəndə nədən imtina etdiyini açıqladı

Dünyaca məşhur aktrisa Nikol Kidman Tom Kruzla evliliyini və o zaman nələrdən imtina etməli olduğunu xatırlayıb.

Qaynarinfo xəbər verir ki, "Big Little Lies" və "Sensation" ulduzu "British Vogue" jurnalına verdiyi yeni müsahibədə Tomla tanış olanda gənc olduğunu bildirib. Dediyinə görə, o, Toma çox aşiq olub və başqalarının məsləhətini nəzərə almayıb.

"Mənim 22-23 yaşım var idi və həyatımda kino ulduzu olan bir kişi peyda oldu. Amma bu, mənə tamamilə təbii gəlirdi. Biz sadəcə bir-birimizə dəlicəsinə aşiq olduq və hər şey çox sadə idi. İnsanların mənə "Bu, həqiqətən də sənin karyerana təsir edəcək' dediyini xatırlayıram. Mən isə cavab verirdim: "Mənə heç fərqi yoxdur. Mən aşiq olmuşam. Evlənmək istəyirəm", deyə Kidman bildirib.

Cütlük 1990-cı ilin dekabrında ailə həyatı qurub. Bundan sonra Nikol karyerasını ikinci plana keçirərək ailəsinə üstünlük verib:

"Mən onun həyat yoldaşı oldum və insanlar mənə 'Gördün, biz sənə demişdik' deyirdilər. Mən isə belə düşünürdüm: "Bunun nə dəxli var? Mən sevdiyim kişi ilə evlənməməli idim? Əlbəttə ki, karyeramdan imtina edəcəyəm. Mənə fərqi yoxdur".

Nikol Kidman və Tom Kruz 11 il birlikdə olublar. Cütlük 1992-ci ildə İzabella adlı qızı, 1995-ci ildə isə Konor adlı oğlu övladlığa götürüb. Hollivudun ən məşhur cütlüklərindən olan Kidman və Kruz 2001-ci ildə ayrılıblar. Onlar ayrılığın səbəbini rəsmi şəkildə açıqlamayıblar.

Nikol Kidman daha sonra kantri musiqiçisi Kit Urbanla ailə qurub. Cütlük təxminən 19 il evli qaldıqdan sonra ötən il boşanıb.

Aydın