"Konsertimə gələnlər gözlədiyimdən də çox idi, 1000-ə yaxın tamaşaçı gəlmişdi".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Niyaməddin Musayev Sumqayıt şəhərində keçirilən solo konserti barədə danışarkən deyib.
Sənətçi bildirib ki, konsertdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri və deputatlar da iştirak ediblər:
"Mən belə gözləmirdim, həyəcanlı idim. Konsert açıq havada təşkil olunmuşdu, böyük insan seli vardı. Hamı ayaq üstə qaldı. Bu da onu deməyə əsas verdi ki, layihə davam etməlidir".
Niyaməddin Musayev layihənin Bakıda və rayonlarda da davam etdiriləcəyini bildirib.
Bahar Rüstəmli
Şərhlər