"Qremmi" mükafatlı amerikalı caz ifaçısı Kassandra Uilson 70 yaşında dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, meneceri Robert Torre yayımladığı açıqlamada Uilsonu "əfsanəvi caz sənətçisi" kimi xarakterizə edib.
"Kassandra Uilson ailəsi, yaxın dostları və menecerinin yanında evində sakit şəkildə həyata vida edib", deyə Torre bildirib.
Müğənninin ölüm səbəbi ilə bağlı məlumat verilməyib. Torre sənətçinin ailəsi və yaxın dostlarının məxfiliyə hörmət edilməsini xahiş etdiyini bildirib.
Uzun illər müğənni, bəstəkar və prodüser kimi musiqi dünyasında fəaliyyət göstərən Uilson özünəməxsus, güclü kontralto səsi ilə tanınıb.

Sənətçi 1997-ci ildə "New Moon Daughter" albomuna görə "Ən yaxşı caz vokal ifası" nominasiyasında "Qremmi" mükafatına layiq görülüb.
Uilson 2009-cu ildə isə "Loverly" albomu ilə "Ən yaxşı caz vokal albomu" mükafatını qazanıb.
Kassandra Uilson caz musiqisinin ən fərqli səslərindən biri kimi uzun illər ərzində janrın inkişafına mühüm töhfələr verib.
Aydın
Şərhlər