"Uber” şirkətlərinin partnyoru olan "NN Park” şirkətinin texniki işçisi dələdzuluq cinayətinə görə həbs edilib.
Qaynarinfo xəbər verir ki, Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Vüqar adlı həmin şəxsə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun ibtidai istintaq müddətində həbsdə və ev dustaqlığında saxlanıldığı 1 ay 24 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 10 ay 6 gün müddətinə azdlıqdan məhrumetmə cəzası saxlanılıb.
İş materiallarından məlum olur ki, o, bir nəfərə Çindən "Chanqan Q 05” markalı avtomobil gətirilməsində yardım edəcəyi deyərək bunun müqabilində ondan 13 000 manat alıb. Lakin o, verdiyi vədi yerinə yetirməyib.
Zərəçəkmiş hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Vüqar saxlanılıb. O, məhkəmə zamanı verilmiş ittihamla özünü təqsirli bilib.
Seyid
Şərhlər